Meksika Vladimir Putini həbs etməyəcəkbackend

Meksika Vladimir Putini həbs etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika prezidenti Andrés Manuel Lopez Obrador bildirib ki, Vladimir Putin oktyabrda Meksika prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasiminə gələrsə, hakimiyyət orqanları onu həbs etməyəcək. “Biz bunu edə bilmərik, bu bizim işimiz deyil” – deyə Meksika prezidenti mətbuat konfransında cavab verib.

O xatırladıb ki, Meksika Rusiya və Ukraynaya razılığa gəlməyi təklif edib. “Biz müharibənin əleyhinəyik, biz sülh tərəfdarıyıq… Bir vaxtlar mən Hindistanın baş naziri Modinin, Papanın və BMT-nin baş katibinin çağırılmasını təklif etmişdim ki, onlar əlaqə qura bilsinlər və müharibəni dayandırmaq üçün razılaşma axtarışına başlasınlar” – Obrador deyib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Putinin həbsinə order verib.

//Samir Qurbanov, Editor.az