Meksikanın Cuernavaca şəhərində asma körpü açılış zamanı ilk dəfə insanlar keçərkən dağılıb.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində aralarında Cuernavaca bələdiyyə sədri və həyat yoldaşı da daxil olmaqla ümumilikdə 25 nəfər yaralanıb. Yaralılardan 8-i təcili xəstəxanaya aparılıb və onlardan 2 nəfərin bədənində ciddi qırıqların aşkarlandığı bildirilib.
Qəza anı ətrafdakı vətəndaşlar tərəfindən anbaan lentə alınıb.
//Gülnarə Abasova, Editor.az

