Meksikada ev şənliyinə silahlı hücum: 7 ölü, 7 yaralıbackend

Meksikada ev şənliyinə silahlı hücum: 7 ölü, 7 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Quanaxuato əyalətində bir evdə təşkil olunan şənliyə silahlı hücum olub. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 7 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Ölənlər arasında iki nəfər azyaşlıdır. Onlardan birinin 14, digərinin isə 17 yaşı var. 17 yaşlı şəxsin meyidinin üzərində 5 mərmi izi aşkarlanıb. 14 yaşlı şəxs isə xəstəxanada həyatını itirib. Hücumun cinayətkar dəstələr tərəfindən həyata keçirildiyi təxmin edilir.

Faktla bağlı cinayət işi başladılıb.

//Nəzərbəy Hacıağayev, Editor.az