Meksikada hərbçilər insan oğurluğu ilə məşğul olubbackend

Meksikada hərbçilər insan oğurluğu ilə məşğul olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada prokurorluq insan oğurluğunda şübhəli bilinən 30 hərbçini saxlayıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Meksikanın Hərbi Dəniz Qüvvələri Nazirliyi məlumat yayıb.

Prokurorluğun verdiyi məlumata görə, saxlanılan əsgərlər ölkənin şimal-şərqində yerləşən Tamaulipas ştatında insan oğurluğunda iştirak ediblər.

Hadisə ilə bağlı daha ətraflı məlumatın yaxın vaxtlarda açıqlanacağı qeyd olunur.