Meksikada istilər səbəbindən 157 meymun ölübbackend

Meksikada istilər səbəbindən 157 meymun ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən mühüm problemlərindən biri olan iqlim dəyişikliyi leysan yağışları və qızmar temperaturları da özü ilə gətirir. Mövsümi normaları aşan temperatur da heyvanlara mənfi təsir göstərir. Meksikada qızmar istilər səbəbindən ölən meymunların sayı artır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Meksika Ətraf Mühit Departamentindən verilən açıqlamada Çiapas və Tabasko əyalətlərində tələf olan ulayan meymunların (Yucatan) sayının 157-yə yüksəldiyi bildirilib. 13 meymunun müalicə altına alındığı, 7 meymunun isə müalicə olunaraq yaşayış yerlərinə buraxıldığı bildirilib.

Qeyd edək ki, bu il demək olar ki, bütün ölkədə yağıntılar orta səviyyədən aşağı olub.

//Gülnarə Abasova, Editor.az