Aguililla əyalətinin meri Sezar Arturo Valensiya Kabalero silahlı qrup tərəfindən hücuma məruz qalıb.
Editor.az-ın Meksika mətbuatına istinadla verdiyi xəbərə görə, bələdiyyə sədri futbol meydançasında gedərkən silahlı şəxslər tərəfindən öldürülüb.
Hadisə yerinə çoxlu sayda polis əməkdaşının göndərildiyi qeyd edilib.
Qeyd edək ki, fevralın 7-də həmin ştatın Kontepek meri Enrike Velaskes Orozko bələdiyyəyə məxsus evdə ölü tapılmışdı. Meksikada siyasi partiya nümayəndələri və bələdiyyə sədrləri silahlı dəstələrin tez-tez hədəfinə çevrilirlər.
//Gülnarə Abasova, Editor.az

