Meksikada otelə hücum: 11 ölü, 5 yaralıbackend

Meksikada otelə hücum: 11 ölü, 5 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Quanaxuato əyalətinin Selaya şəhərində “Qala” otelinə və yaxınlıqdakı 2 bara silahlı basqın edilib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Şahidlərinin verdiyi məlumata görə, hadisəni törədənlər təxminən 15 nəfər olub. Onlar hadisəni törətdikdən sonra hücum etdikləri yerlərə molotov kokteyli ataraq həmin yerləri yandırıblar. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb edilib.

//Nəzərbəy, Editor.az