Meksikanın şimalında polis əməkdaşları pusquya düşüb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Nuevo Leon əyalətinin İctimai Təhlükəsizlik Nazirliyi məsələ ilə bağlı açıqlama verib. Açıqlamada bildirilib ki, təəssüf ki, 6 polis xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Hadisə zamanı 4 polis əməkdaşı da yaralanıb
Nazirliyin verdiyi açıqlamaya görə, polisə hücum edənlər böyük yüksək kalibrli silahlardan istifadə ediblər. Onlar 10 zirehli maşınla ərazindən qaçıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

