Meksikada Popokatepetl vulkanı püskürüb. Vulkanın intensivliyi getdikcə artır. Buna görə Puebla hava limanı bağlanıb və yaxınlıqdakı şəhərlər kül təbəqəsi ilə örtülüb.
Editor.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, vulkan kül sütununu təxminən 10 kilometr hündürlükdə səmaya atıb.
Alimlər vulkanın yamaclarında isti fraqmentlərin buraxılması ilə müşayiət olunan min dəqiqədən çox yüksək tezlikli təkanlar qeydə alıblar. Orada 2 orta güclü və 4 nisbətən zəif partlayış qeydə alınıb. Yerli sakinlərə kraterdən uzaq durmaq, həmçinin güclü yağış səbəbindən sürüşmə və sel təhlükəsi olduğundan dərələrin dibindən uzaq durmaq barədə çağırış edilib.
//Samir Qurbanov,Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!