Meksikada prezidentliyə namizədin mitinqində nəhəng ekran aşıb: 5 ölü, 50 yaralıbackend

Meksikada prezidentliyə namizədin mitinqində nəhəng ekran aşıb: 5 ölü, 50 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Nuevo Leon əyalətində son mitinqini keçirən Vətəndaş Hərəkatının prezidentliyə namizədi Maynez komandası və tərəfdarlarını salamlayarkən səhnədəki nəhəng metal ekran iştirakçıların üzərinə düşüb.

Editor.az xəbər verir ki, səhnənin damının uçması nəticəsində ilkin məlumata görə, 5 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb. Hadisədən sonra tədbir olaraq xəstəxanaya yerləşdirilən Maynez bununla bağlı verdiyi açıqlamada bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü küləyə tab gətirə bilməyən nəhəng metal ekranın mitinqi izləyənlərin üzərinə düşdüyü görünür. Nəhəng metal ekranın düşməsindən sonra səhnənin damının uçduğu və orada gözləyən insanların böyük çaxnaşma yaşadıqları kameralara düşüb.

//Gülnarə Abasova, Editor.az