Meksikada qanlı seçki kampaniyasıbackend

Meksikada qanlı seçki kampaniyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Guerrero ştatının Koyuka de Benitez şəhərinin şəhər meri vəzifəsinə müxalifətdən sağ mərkəzçi “Güc və Meksika üçün Ürək” alyansının namizədi Xose Alfredo Kabrera Barrientos seçicilərlə görüşdə güllələnib.
Editor.az bildirir ki, bu barədə “El Universal” məlumat yayıb. Ümumiyyətlə bu ştatda seçki kampaniyası zamanı beş nəfər merliyə və bir deputatlığa namizəd öldürülüb.

Siyasətçi basketbol meydançasında seçici izdihamı içərisində olarkən naməlum şəxs ona arxadan yaxınlaşaraq tapançanı çıxarıb və başının arxasından bir neçə dəfə atəş açıb. Qətlin görüntüləri sosial şəbəkələrdə yayımlanıb: azı 15 atəş səsi eşidilib. Bir gün əvvəl isə Xalisko ştatında hakim Meksika Morena partiyasından Enkarnasion de Diaz bələdiyyəsinin başçısı vəzifəsinə namizəd Gilberto Palomar Qonzales silahlı hücum nəticəsində yaralanmıdı. Siyasətçi, qardaşı və katibi ilə birlikdə güllə yaraları ilə xəstəxanaya aparılmışdı. Laboratorio Electoral tədqiqatçılarına görə, 2023-cü ilin yayından bəri Meksikada seçki kampaniyaları ilə bağlı 82 nəfər öldürülüb. Onlardan 34-ü dövlət siyasi vəzifəsinə namizəd olub. Ümumilikdə, 2023-cü ildən 2024-cü ilə qədər siyasətçilərə qarşı hücumlar, təhdidlər və adam oğurluğu da daxil olmaqla 2172 zorakılıq hadisəsi qeydə alınıb.

Qeyd edək ki, bazar günü, iyunun 2-də Meksikada ümumi seçkilər keçiriləcək. Xalq növbəti altı il üçün yeni prezident, həmçinin Deputatlar Palatasının 500 üzvü və Senatın 128 üzvü, 9 qubernator və 19 min yerli məmur seçəcəklər.

//Samir Qurbanov, Editor.az