Meksikada şəhər meri postuna namizəd güllələndi – CANLI YAYIMDA QƏTLbackend

Meksikada şəhər meri postuna namizəd güllələndi – CANLI YAYIMDA QƏTL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Verakrus ştatında hakim Morena partiyasından Teksistepek şəhərinin meri vəzifəsinə namizəd Yesenia Lara Qutyerres silahlı hücum zamanı həlak olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “El Universal” xəbər verir.

Hadisə Qutyerres küçə ilə gedərək yerli sakinləri salamladığı zaman baş verib.

Hücum nəticəsində beş nəfər həlak olub, daha üç nəfər yaralanıb. Ölənlər arasında namizədin özü, Xaltipan şəhərindən olan polis əməkdaşı, onun qızı, təbliğat briqadasından olan fəal və şəhər meri postuna namizədin mühafizəçisi var.

Qubernator həlak olanların ailələrinə başsağlığı verib və araşdırmanın başladığını bildirib. O, həmçinin iyunun 1-nə təyin edilmiş seçkinin keçiriləcəyini təsdiqləyib.