Meksikalı futbolçu avtomobilində ölü tapılıbbackend

Meksikalı futbolçu avtomobilində ölü tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın komandalarından “Chivas”ın keçmiş futbolçusu Antonio Salazar ölüb.

Editor.az “Rekord” qəzetinə istinadən xəbər verir ki, 33 yaşlı veteran futbolçu Antonio “Hulk” Salazarın cəsədi Xalisko şəhərinin El Salto bələdiyyəsi ilə sərhəddə avtomobildə yanmış halda tapılıb.

Qeyd edək ki, hücumçu mövqedə oynayan Salazar 2007-ci ildə Chivas Guadalajara forması altında futbola başlayıb. 7 fevral 1989-cu ildə anadan olan futbolçu gücünə görə “Hulk” ləqəbini alıb.

//Gülnarə Abasova, Editor.az