Meksikada keçirilən prezident seçkilərində Mexiko şəhərinin keçmiş meri və solçu iqlimşünas Klaudiya Şeynbaum qalib gəlib.
İlkin məlumatlara görə, o, 60%-ə qədər səs toplayıb və 2018-ci ildə 54,7% dəstək alan və yoxsullar arasında populyarlığı hakim koalisiya namizədinin qalib gəlməsinə kömək edən Andrés Manuel López Obradorun nəticəsini ötüb.
Müxalifətin “Meksika üçün güc və ürək” alyansının namizədi, təxminən 30% səs toplayan senator Xochitl Galvez məğlubiyyətini etiraf edib və xanım Şeynbaumu uğuru münasibətilə təbrik edib: “Mən respublikanın 200 ilində Meksikanın ilk qadın prezidenti olacağam” -deyən qalib tərəfdarları qarşısında deyib və “istisnasız olaraq hər bir meksikalıya qayğı göstərəcəyini” vəd edib.
Cənab Lopez Obrador da buna diqqət çəkib. O davamçısının prezident postuna gəlişini “qürur və transformasiyanın mükəmməl vaxtı” hesab edib.
//Samir Qurbanov, Editor.az