Meksikanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir-FOTObackend

Meksikanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gəncəyə səfər edib.

Editor.az-ın yerli bürosunun məlumatına görə, səfir Rodriqo Labardini ilk olaraq Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anmaq üçün raket zərbələrinə məruz qalmış əraziyə gəlib. Erməni faşizminin izləri ilə tanış olan səfir Rodriqo Labardini həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq tamamilə dağılmış yaşayış binasının ətrafına gül qoyub. Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan səfirə məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyişib. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.Sonra səfir

“Gəncə Şərab-2” ASC-də olacaq və Nizami Gəncəvinin Məqbərəsini ziyarət edəcək. Nahardan sonra Göygöl Milli Qoruğuna səyahət edəcək.

 

//İlham, Editor.az