Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumun oktyabrın 1-də keçiriləcək andiçmə mərasimində iştirak etməklə bağlı Rusiya prezidenti Vladimir Putinə dəvət göndərilib.
Editor.az bildirir ki, bu barədə “İzvestiya” qəzeti Meksikanın Moskvadakı səfirliyinə istinadən yazıb: “Prezident Şeynbaumun andiçmə mərasimində iştirak etmək üçün Vladimir Putinə dəvət məktubu göndərilib. Mərasimdə iştirak edib-etməyəcəyinə Rusiya prezidenti özü qərar verəcək, ya da onun adından bunu edəcək başqa yüksək rütbəli məmur təyin edəcək”, – deyə qəzet diplomatik missiyadan sitat gətirir. Nəşrin məlumatına görə, dəvət Rusiyanın Meksikadakı səfirliyində də təsdiqlənib.
Qeyd edək ki, Meksikada ümumi prezident seçkiləri iyunun 2-də keçirilib. Hakim “Morena” partiyasının namizədi Klaudiya Şeynbaum qalib gəlib.
//Samir Qurbanov, Editor.az