Məktəbdə «Molotov kokteyli» nin partlaması nəticəsində 34 şagird və müəllim yaralanıbbackend

Məktəbdə «Molotov kokteyli» nin partlaması nəticəsində 34 şagird və müəllim yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çilinin paytaxtı Santyaqodakı internat məktəbində 34 şagird və müəllim «Molotov kokteyli» nin partlaması nəticəsində yaralanıb.

Ağır vəziyyətdə olan 11 şagird xəstəxanaya yerləşdirilib. Yerli polis iddia edir ki, bir qrup şagird məktəbin tualetində «Molotov kokteyli» hazırlayıb və onlardan biri partlayıb.

Editor.az bildirir ki, bu barədə “Associated Press” yazıb. Söhbət Santyaqonun mərkəzindəki Barros Arana Milli Internat Məktəbindən gedir. Media məktəbi «nüfuzlu müəssisə» adlandırır. AP-nin verdiyi məlumata görə, partlayış yerində yandırıcı qarışığın hazırlanmasında istifadə edildiyi iddia edilən şüşə və yanacaq bidonları aşkar edilib. Polis hesab edir ki, yeniyetmələr etirazlar üçün istifadə etmək üçün «Molotov kokteylləri» hazırlayıblar.

Səhiyyə Nazirliyinin rəhbəri Himena Aqileranın sözlərinə görə, məktəbin beş şagirdi ölüm təhlükəsi altındadır. AP yazır ki, internatda yanğın lokallaşdırılıb. Məktəb rayonunda avtomobil hərəkəti məhdudlaşdırılıb.

//Samir Qurbanov, Editor.az