“Sumqayıt şəhər 31 nömrəli tam orta məktəblə bağlı yayılmış fotolara dair bildiririk ki, bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib”.
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-ya bildirib.
Qeyd edilib ki, təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks reaksiya doğurub və birmənalı qarşılanmayıb:
“Ümumi təhsil müəssisəsinin “Facebook” səhifəsindən həmin fotolar silinib və bununla əlaqədar olaraq məktəb rəhbərliyinə xəbərdarlıq edilib”.