Leninqrad vilayətində 25 yaşlı müəllimənin 11 yaşlı oğlan şagirdi aldatdığı məktəbdə psixoterapiya dərsi keçilib.
Editor.az bildirir ki, bu barədə “KP-Peterburq” məlumat yayıb. Mənbənin sözlərinə görə, ibtidai sinif şagirdlərinin valideynləri bu hadisədən sonra uşaqların dərs göstəriciləri ilə yanaşı, tədris prosesinin də aşağı düşməsindən şikayətləniblər.
4-cü sinif şagirdi ilə intim yazışması olan müəllimə fevralın əvvəlindən ev dustaqlığındadır. İstintaq bildirir ki, qız dərsdən sonra şagirdi məktəbdə saxlayıb və paltarın üstündən ona toxunmağa icazə verib.
Müəllim özü isə bütün ittihamları rədd edir və bu işin təşəbbüskarının şagirdin olduğunu deyir. İki həftə sonra zərərçəkən şagird məktəbə qayıdıb, lakin o, susur – bu mövzuda digər uşaqlarla ünsiyyət qurmur və hər cür şəkildə onlardan qaçır. Dərslər müxtəlif müəllimlər tərəfindən keçirilir. Rayon rəhbərliyi kurrikulumun tam şəkildə yerinə yetirildiyini, uşaqların sinif rəhbəri vəzifəsinə tərbiyə işləri üzrə direktorun təyin olunduğunu, uşaqların hər gün məktəb psixoloqu tərəfindən ziyarət edildiyini bildiriblər.
“Təhsilə dəstək üçün psixoloji və pedaqoji plan hazırlanıb”, – administrasiyadan bildiriblər. Müəlliməni 12 ildən 20 ilə qədər həbs gözləyir.
//Samir Qurbanov, Editor.az

