Məktəbin qarşısında QƏZA – İşıqfor yararsız hala düşdübackend

Məktəbin qarşısında QƏZA – İşıqfor yararsız hala düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Binəqədi rayonu, Emin Bağırov küçəsində, 179 nömrəli tam orta məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə zamanı 1 ədəd düyməli piyada işıqforu yararsız hala düşüb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor quraşdırılacaq.