Məktəbin tualetində cinsi əlaqədə oldu, hamilə olduğunu biləndə isə… – Azərbaycanda ŞOKbackend

Məktəbin tualetində cinsi əlaqədə oldu, hamilə olduğunu biləndə isə… – Azərbaycanda ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakən rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olan gənc həbs edilib.

Editor.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Balakən rayon Məhkəməsi yanvarın 31-də hökm çıxarıb.

Məhkəmə rayonun Qullar kənd sakini 2003-cü il təvəllüdlü Fərid Usubovu (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib. O, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fərid Usubovun cinsi əlaqədə olduğu yeniyetmə orta məktəbi 9-cu sinifdə yarımçıq dayandırıb. İnstaqram sosial şəbəkəsi vasitəsilə tanış olan və aralarında sevgi münasibəti yaranan şəxslər həftənin şənbə və bazar günləri Qullar kənd 2 saylı tam orta məktəbinin sanitar qovşağında bir neçə dəfə intim münasibətdə olublar.

Bir müddət sonra isə qızın 8 aylıq hamilə olması üzə çıxıb. Bundan sonra ailələr razılığa gələrək nişan mərasimi keçiriblər və övladlarını evləndirmək qərarına gəliblər. Lakin hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra Fərid Usubov cinayət məsuliyyətinə cəlb edilib.