Son günlər yeni tədris ilinin sentyabrın 1-dən başlanacağı iddia edilir.
Bu barədə sosial şəbəkələrdə elm və təhsil naziri Emin Əmrullayevin adından məlumatlar paylaşılır.
Məsələ barədə Elm və Təhsil Nazirliyinə sorğu unvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il elm və təhsil nazirinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib.