Gürcüstanda Batumidə məktəbdə partlayıcı qurğuların axtarışı başa çatıb. Bu barədə yerli KİV məlumat yayıb. Söhbət gürcü-amerikan özəl “Proqres” məktəbinin filialından gedir. Orada dərslər martın 19-da bərpa olunacaq.
Məktəbin Kutaisidə yerləşən digər filialında isə partlayıcı qurğuların axtarışı hələ də davam edir. Təhsil müəssisəsində istehkamçılar çalışır.
Bundan əvvəl iki məktəbin minalanması ilə bağlı anonim xəbərlər daxil olub. Bundan sonra bütün şagirdlər təxliyə edilib.
//Samir Qurbanov, Editor.az

