Məleykə Abbaszadə 3300 divar saatını niyə alır? – TƏBİB-lə DİM rəhbərliyinin dəftərxana biznesibackend

Məleykə Abbaszadə 3300 divar saatını niyə alır? – TƏBİB-lə DİM rəhbərliyinin dəftərxana biznesi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) divar saatlarının satın alınması müsabiqəsinə yekun vurub.

AzToday.az xəbər verir ki, 79 min 48 manat 20 qəpik məbləğində olan tenderin qalibi “Global Stationery Office” MMC olub.

Tenderin şərtlərinə görə, DİM üçün 3300 ədəd divar saatı alınacaq. Yəni, bir divar saatı DİM-ə 24 manata başa gələcək. Şərtlərdən göründüyü kimi DİM-in 3300 divar saatına ehtiyacı var. Bu isə o deməkdir ki, imtahan mərkəzinin 3300 iş və xidməti otağı var. Göründüyü kimi rəqəmlər ciddi şübhələrə əsas verir.

Tenderin qalibi olan şirkətlə DİM arasında 22.02.2021 tarixində məbləği 108418.4 AZN olan daha bir satınalma müqaviləsi (imtahan materiallarının satın alınması) bağlanılıb. Şirkət aprelin 26-da DİM-in keçirdiyi və məbləği 72596.24 AZN olan dəftərxana ləvazimatlarının satın alınması müsabiqəsinin də qalibi olub.

Qeyd edək ki, “Global Stationery Office” MMC 12.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV, ev 15, m. 24,qanuni təmsilçisinin Cavadov Mayıl Pərviz oğlu olduğu qeyd olunub.

Təxminən 1 il əvvəl yaradılan şirkət artıq 18 satınalma müqaviləsi bağlayıb və 7 tenderin qalibi olub. Şirkətlə satınalma müqaviləsi bağlayan qurumların 14-u səhiyyə müəssisələridir. MMC 09.10.2020-ci il tarixdən 27.11.2020-ci il tarixə qədər,yəni cəmi bir ay yarım ərzində TƏBİB-ə tabeli səhiyyə müəssisələrinin dəftərxana və təsərrüfat mallarının satınalmaları üzrə keçirdiyi 9 kotirovka sorğusunun qalibi olub. Bu prosedurların bir əldən idarə olunması elanlardan açıq aydın görsənir.

Göründüyü kimi, 10 manat nizamnamə kapitalı olmasına baxmayaraq “Global Stationery Office” MMC-nin qanuni təmsilçisi dəftərxana və təsərrüfat malları sektoruna gec girib tez uğur qazananlardandır.