“Məleykə radarları 120 sürətlə keçirdi” – Niyaməddin Musayevbackend

“Məleykə radarları 120 sürətlə keçirdi” – Niyaməddin Musayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Niyaməddin Musayev Xalq artisti Məleykə Əsədova ilə bağlı açıqlama verib. 

Müğənni “Söhbət var” verilişində onla bağlı yaşadıqlarını açıqlayıb:

“Məleykə çox dua oxuyur. Şıxovdan Qaradağa çatana kimi dua oxuyur. Dedim, bəsdir. Qayıtdı ki, dua oxuyuram, Allah bizə kömək olacaq. Getdim qarşıda qəza keçirtdim”.

M.Əsədova isə ifaçı ilə bağlı başqa hadisəni danışıb:

“Dövlət tədbiri olanda rayonlara bir gedirik. Bir dəfə Qaxa dəvət aldıq, bir getdik. Yolu düşünün, 20, 30 sürətlə gedir. Deyirəm, 3 rayona necə çatacağıq? əsəbiləşdim ki, düş aşağı mən sürəcəm. Düşürtdüm, özüm sürdüm. Yevlax yolunda saxladılar ki, radara düşmüsüz”.

Aktrisanın sözlərinə “120 sürətlə radarı keçirdi. Sürmək mədəniyyəti var. Necə qayda-qanunla sürürsən ki, radara düşmüsən” deyə, Musayev cavab verib.

//Axsam.az