Martın 27-də səhər saatlarında Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Melitopol şəhərində bir neçə partlayış baş verib.
Editor.az bildirir ki, bu barədə öz Telegram kanalında Melitopolun meri İvan Fedorov məlumat verib. Onun sözlərinə görə, şəhərdə bir neçə partlayış səsi eşidilib.
Biz düşmən tərəfində nə baş verdiyini öyrənir və Ukrayna Silahlı Qüvvələrindən şad xəbər gözləyirik. Daha sonra Fedorov mikrorayonda “Joker” kafesi yaxınlığındakı düşmən kazarmadan qalxan tüstünün fotosunu yerləşdirib.
//Samir Qurbanov,Editor.az