Melitopolda Ukrayna əsgərlərini təslim olmağa çağıran vərəqələr yayılırbackend

Melitopolda Ukrayna əsgərlərini təslim olmağa çağıran vərəqələr yayılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Melitopol sakinlərinə ukraynalı hərbçiləri “silahı yerə qoyaraq evlərinə getməyə” çağıran təbliğat vərəqələri paylanır. Bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının spikeri İvan Arefiyev məlumat verib.

“Ukrainskaya Pravda”dan “Editor.az”-a daxil olan həmin məlumata görə, belə vərəqələrin birində, “Rusiyanın özünü müdafiə etməsi”, “neonasistlər”, “qarşılıqlı münasibətlər” və s. haqqında guya Rusiya prezidenti Vladimir Putinin ukraynalılara müraciəti əksini tapıb. İddia olunur ki, “bugünkü hadisələr Ukraynanın və Ukrayna xalqının maraqlarını məhdudlaşdırmaq istəyi ilə bağlı olmayıb, Ukraynanı girov götürərərək, ondan Rusiyaya qarşı istifadə edən qüvvələri zərərsizləşdirməyə çalışan Rusiyanın özünün müdafiəsi ilə bağlıdır”. Daha sonra, guya Rusiya prezidenti Ukrayna hərbçilərinə müraciət edərək, onları “cinayətkar əmrləri yerinə yetirməməyə”, “silahlarını yerə qoyub evə qayıtmağa” çağırır: “Hörmətli Melitopol sakinləri, Rusiya Ukrayna xalqı ilə müharibə aparmır. Hakimiyyət Kiyev xuntasının deyil, xalqındır. Rusiya sizə sülh və təhlükəsizlik zəmanəti verir. Ölkənin dinc əhalisini heç bir şey təhdid etmir. .. Biz talançı, soyğunçu və millətçi hakimiyyət orqanlarının yaratdığı cinayətkar dəstələrin törətdiyi vəhşiliklərin qarşısını birlikdə almalıyıq…”.

//Gülnarə Abasova, Editor.az