Melitopoldakı xəstəxanalarda rus həkimlər içki içib əylənməklə məşğuldurlarbackend

Melitopoldakı xəstəxanalarda rus həkimlər içki içib əylənməklə məşğuldurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar yaralı əsgərlərini Zaporojye vilayətinin Melitopol şəhərinə aparırlar. Lakin orada da vəziyyət ürəkaçan deyil.

Editor.az xəbər verir ki, bu barədə mer İvan Fedorov Facebook-da yazıb. Onun sözlərinə görə, işğalçıların tibb bölmələrində ixtisaslı kadrlar, xüsusən də cərrahlar çatışmır.

Onların tibb işçiləri yüksək keyfiyyətli tibbi yardım göstərmək iqtidarında deyil. Baş Qərargahın məlumatına görə, noyabrın 3-də Rusiya ordusunun 80-ə yaxın yaralı əsgəri bura gətirilib. Amma ukraynalı həkimlər çatışmadığından, Melitopolda içki içib əylənən rus həkimlərini də gətiriblər. Onların bu hərəkətləri humanitar fəlakətə səbəb olur və mülki əhalini təhlükə altına alır.

  //Samir Qurbanov.Editor.az