Məlumat dəqiqləşdirildi: Rusiyanın iki Su-57 təyyarəsi sıradan çıxarılıbbackend

Məlumat dəqiqləşdirildi: Rusiyanın iki Su-57 təyyarəsi sıradan çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iyunun 8-də pilotsuz təyyarənin hücumu nəticəsində Rusiyanın bir deyil, iki Su-57 təyyarəsinin sıradan çıxarıldığını təsdiqləyib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov iyunun 12-də Rada kanalının yayımladığı milli telemarafonda danışıb: “Bir Su-57 əhəmiyyətli dərəcədə, digəri daha yüngül zədələnib. Yəqin ki, onu daha tez bərpa etmək olar”, – Yusov bildirib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi iyunun 8-də qeyd etmişdi ki, Baş Kəşfiyyat İdarəsinin ilkin məlumatına görə, ruslar bu hücum nəticəsində iki Su-57-ni itirə bilərdilər, lakin həmin vaxt məlumat təsdiqlənməmişdi. Rusiyanın “Astra” nəşrinin məlumatına görə isə Su-57 aerodromuna edilən hücumlar nəticəsində Rusiya Müdafiə Nazirliyinin üç mülki əməkdaşı yaralanıb.

//Samir Qurbanov, Editor.az