“Məmur ailəsiylə qohum oldum, o qədər qeybət eşitdim…”backend

“Məmur ailəsiylə qohum oldum, o qədər qeybət eşitdim…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müğənni Elçin Cəfərov millət vəkilİ Sabir Rüstəmxanlının qızı ilə evləndikdən sonra insanların haqqında çox danışdığını etiraf edib.

OLAY yazır ki, bu barədə o, “Düzünə qalsa” proqramında açıqlama verib. Elçin deyib ki, həm də ailə qurduqdan sonra çox məsuliyyətli olub:

“Ailə qurandan sonra çiyinlərimdə məsuliyyət oldu. Bir də mənim bu xasiyyətimlə, hər şeyi səliqəli düzən adamam. Əslində çox çətin oldu. Diqqətli olmağa başladım, oğlum Can olandan sonra üstəlik daha diqqətli oldum.

Deyirdilər, sən atasan. Ailəni sənətlə bərabər idarə etmək asan bir şey deyil. Bir də pop ifaçısı olanda… Muğam oxuyanda daha rahat olar. Sən uşaqlıqdan qaval ilə oturub samballı şəkildə muğam oxuyursan. Pop ifaçısı saçını, geyimini belə edər, belə qarşılanar filan… Məmur ailəsi ilə qohum oldum. Qulağım o qədər cingildədi, o qədər qeybət eşitdim ki. Onlara cavab vermirəm, məqamını gözləyirəm. Mənə yapışmırsa, dəyib yerə düşürsə, nədi ki, problem? Qoy dözüm!”.