Mən olmasaydım, Putin bütün Ukraynanı zəpt edəcəkdi – Donald Trampbackend

Mən olmasaydım, Putin bütün Ukraynanı zəpt edəcəkdi – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp ABC telekanalına müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin Donald Trampın sayəsində Ukraynada döyüşləri dayandırmağa hazırdır. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında münaqişə Co Baydenin prezidentliyinə görə başlayıb.

Eyni zamanda, Tramp Vladimir Putinin sülhün bağlanması məsələsində guya “onunla bir az qarışa biləcəyini” istisna etməyib. “O, başımı bir az qarışdıra bilərdi. Mən deyərdim ki, o, müharibəni dayandırmaq istərdi. “Mən olmasaydım, düşünürəm ki, o, bütün ölkəni ələ keçirmək istəyərdi”, – ABŞ prezidenti deyib.

Bundan əvvəl Vladimir Putin Qələbənin 80-ci ildönümündə Rusiya ordusunun hərbi əməliyyatları dayandıracağını açıqlayıb.

//Samir Qurbanov, Editor.az