Mən Putin kimi diktatorların tərəfini tutmayacağam – Co Baydenbackend

Mən Putin kimi diktatorların tərəfini tutmayacağam – Co Bayden

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini növbəti dəfə açıq şəkildə “diktator” adlandırıb.

Editor.az bildirir ki, o, bu barədə Nyu Yorkdakı “Broadway” teatrında kampaniyası üçün keçirilən ianə mərasimində bildirib. “Mən Putin kimi diktatorların tərəfini tutmayacağam”, – Bayden deyib.

O, həmçinin bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Rusiya qarşısında baş əyir”. O isə yenidən seçiləcəyi təqdirdə bunu heç vaxt etməyəcək. Qeyd edək ki, bu, ABŞ prezidentinin Vladimir Putinə verdiyi ilk belə qiymət deyil.

2022-ci ilin martında Co Bayden Ukraynadakı əməliyyata görə Vladimir Putini “müharibə cinayətkarı”, həmçinin “ölümcül diktator və quldur” adlandırmışdı. Keçən ilin oktyabrında Bayden Rusiya Putinin Ukrayna münaqişəsində “inanılmaz dərəcədə çətin mövqeyindən” danışıb. Bu da Baydenin fikrincə, Rusiya prezidentini “ukraynalılara qarşı qəddar rəftar”a əl atmağa məcbur edib.

//Samir Qurbanov, Editor.az