İsveçrədə qatarda rusdilli şəxs ukraynadilli ailəyə hücum edərək, onları ölümlə hədələyib və fiziki güc tətbiq edib.
Bu barədə oktyabrın 15-də İsveçrənin “20 Minuten” nəşri məlumat yayıb. Ailə nəşrə bildirib ki, kişi ukraynaca danışıq eşitdiyi üçün “tətiklənib”. Zərərçəkənlərin sözlərinə görə, hücum edən şəxs rus olub. Müvafiq videoda kişi “Mən rusam, hamınızı öldürəcəyik – sizi də, sizi də, hamınızı” – deyə bağırır.
Ailəsi hücuma məruz qalan qadın hadisəni lentə alaraq sosial şəbəkədə yerləşdirib. Məqalədə deyilir ki, artıq 1 milyon dəfədən çox baxılıb və bir çox ukraynalı ailə ilə həmrəy olduğunu bildirib.
Onun İsveçrədə yaşayan əri əlavə edib ki, hücum edən şəxs onların ukraynaca danışdığını eşidəndə təhqirə başlayıb. Onun sözlərinə görə, rusiyalı kişi dəfələrlə ailəni öldürməklə hədələyib, buna görə də hamı şoka düşüb, xüsusən də onların bir yaşlı oğlu. O qeyd edib ki, rusdilli şəxs gözə çarpan şəkildə sərxoş görünmürdü, amma qarşısında açıq pivə vardı.
Qadın hadisəni telefonunda lentə almağa başlayanda təcavüzkar telefonu onun əlindən alıb.
Daha sonra əri onu itələyib və o, sakitləşib. KİV-in məlumatına görə, “Spiez” stansiyasında ailə bir neçə şahidlə birlikdə polisə müraciət edib. Bern kanton polisi 20 Minuten tələbi ilə hadisəni təsdiqləyib. Onların sözlərinə görə, heç kimi xəstəxanaya çatdırmaq lazım olmayıb, araşdırma aparılır. Eyni zamanda media həm ailənin, həm də təcavüzkarın özünün şikayət etmək niyyətində olduqlarını bildirir.
//Samir Qurbanov, Editor.az

