Mən Ukrayna naminə oğullarımdan qətiyyən imtina etməyəcəyəm – Tino Xrupallabackend

Mən Ukrayna naminə oğullarımdan qətiyyən imtina etməyəcəyəm – Tino Xrupalla

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Xrupalla Berlini milli maraqları naminə NATO-nun roluna yenidən baxmağa çağırıb.

Siyasətçinin fikrincə, əgər alyans Avropa ölkələrinin maraqlarına, o cümlədən Rusiyanın maraqlarına hörmət edə bilmirsə, Almaniya Şimali Atlantika Alyansının onun üçün nə dərəcədə faydalı olduğunu düşünməlidir.

“Die Welt” qəzetinə müsahibəsində Xrupalla Avropanın hazırda “Amerikanın maraqlarını həyata keçirməyə məcbur olduğu” fikrini ifadə edib ki, bu da onun fikrincə problemdir. O, həmçinin Almaniya hökumətini Ukraynanı silahla təmin etdiyinə görə tənqid edib. AfD liderinin fikrincə, Rusiyanın münaqişədə qalib gəlmə ehtimalı var, ona görə də Almaniya hakimiyyəti daha fəal şəkildə sülh danışıqlarının sürətləndirilməsinə çağırmalıdır. Partiya lideri Almaniya vətəndaşları üçün hərbi xidmətin AfD-nin əsas proqramında qaldığını təsdiqləyib. Xrupalla kişilərin döyüş bölgələrinə göndərilməsi üçün məcburi hərbi xidmətin mümkün tətbiqi ilə bağlı narahatlığını bildirib.

Xrupalla deyib: “Mən Ukrayna naminə oğullarımdan qətiyyən imtina etməyəcəyəm”.
Xatırladaq ki, otən həftə Slovakiyanın baş naziri Robert Fiko Ukraynanın Rusiya ilə münaqişə nəticəsində ərazilərinin üçdə birini itirəcəyi ilə bağlı fikir bildirib. Slovakiya hökumətinin başçısının sözlərinə görə, Qərb 1938-ci ildə Çexoslovakiya ilə bağlı olduğu kimi, nə vaxtsa Kiyevi qurban verəcək.

//Samir Qurbanov, Editor.az