backend

Meneceri Arda Turanın oynayacağı klubu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Arda Turanın oynayağı klub açıqlanıb.
Bu barədə futbolçunun meneceri Ahmet Bulut açıqlama verib.
O, bildirib ki, Arda Turan “Barselona”nı tərk etməyəcək: “Ardanın satılması ilə bağlı “Barselona”dan heç bir tələb olmayıb. Yəni klub onu satmaq istəmir. Məqsədimiz “Barselona”da qalmaqdı. Bu günədək heç bir klubla danışıqlar aparmamışam. Ardanın 3 illik müqaviləsi var və klubunda çox xoşbəxtdi. Düzdü, çətin mövsüm keçirdi, bir neçə dəfə zədə aldı. Bu səbəbdən mövsümün yarısında yaxşı oynamadı. Amma yenə deyirəm, klubunda xoşbəxtdi və Ernesto Valverdenin baş məşqçi təyin olunmasından məmun qalıb”.

///Qaynarinfo