“Məni açıq-saçıq şəkillərimə görə tanıdılar”backend

“Məni açıq-saçıq şəkillərimə görə tanıdılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Dilarə Kazımova bütün pullarını layihələrinə xərcləməsindən danışıb.

Editor.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda “Xəbər-ətər” proqramında qonaq olarkən deyib. Dilarə bildirib ki, evini təmir etdirə bilmir:

“Hər dəfə deyirəm ki, evi təmir etdirib, amma qalır. Əlimdə olan pulu layihələrimə xərcləyirəm. Deyirəm, bunu da təqdim edim növbəti dəfə evə xərcləyərəm. Beləcə, 4 ildir evimi təmir etdirə bilmirəm”.

Dilarə açıq-saçıq geyimlərindən söz açıb. O deyib ki, tamaşaçı onu daha çox bu cür geyimlərdən sonra tanıyıb:

“Həmişə deyirlər ki, niyə belə açıq-saçıq geyinirsən. Axı, sənin gözəl səsin var? Açıq-saçıq geyinəndən sonra daha da məşhur oldum. Bu, məndən asılı deyil, obrazdır. Şəkillər də məqsədəuyğun çəkilir. Qapalı fotolar bəyəni yığmır. Dekolteli şəkillərə isə reaksiya çox olur”.