Xalq artisti Röya Ayxanın anşlaqla başa vurduğu üçgünlük konsert proqramında başına iş gəlib.
Editor.az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə instaqramda status paylaşıb. Estrada ulduzunun sözlərinə görə, o, pərəstişkarları ilə qucaqlaşdığı, şəkil çəkdirdiyi anlarda ona xırda xəsarətlər yetiriblər:
“Gələn konsertdə dəmirdən paltar geyinəcəyəm. Sizi sevirəm, məni döydüyünüz üçün təşəkkürlər. Əllərimi yeni görürəm, bu hissələrimi hələ demirəm (qolunu göstərir, – red.). Belə sevgimi olar? Döydülər (gülür)”.

