Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ müdafiə nazirlərinin görüşündə Ukraynaya 1 milyon artilleriya mərmisinin verilməsinə münasibət bildirib. Onun sözlərinə görə, Brüsseldə sursat anbarı yoxdur, təchizat üçün “Avropa ordularının ehtiyatlarını səfərbər etmək lazımdır”.
Editor.az bildirir ki, bu barədə o, jurnalistin Aİ-nin Ukraynaya mərmi tədarükü ilə bağlı “yeni rəqəmlərin” olub-olmaması ilə bağlı sualına belə cavab verərkən deyib. Bu gün səhər saatlarında Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Ukraynaya 1 milyon mərmi tədarükü ilə bağlı hədəfə əvvəlcədən planlaşdırıldığı kimi 2024-cü ilin martına qədər nail olmaq mümkün olmayacaq.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bu bəyanatla razılaşıb. Kulebanın sözlərinə görə, Aİ “Ukraynanı dəstəkləmək üçün siyasi iradəsini” özündə saxlayır, lakin “müdafiə sənayesinin acınacaqlı vəziyyəti” səbəbindən problemlər yaranıb. Noyabrın 13-də Xosep Brrell Aİ xarici işlər nazirlərinin görüşündən sonra Ukraynaya döyüş sursatı tədarükü tapşırığının ilin sonuna qədər tamamlanmayacağını bəyan edib. O izah edib ki, onun həyata keçirilməsi üçün Aİ artıq öz ehtiyatlarından 300 min mərmi ayırıb və hazırda onların əlavə istehsalına başlayıb və gələcəkdə genişləndirilməsi planlaşdırılır.
//Samir Qurbanov, Editor.az

