“Mənim məmur olmaq kimi bir iddiam heç vaxt olmayıb”-Arzum Kərimovabackend

“Mənim məmur olmaq kimi bir iddiam heç vaxt olmayıb”-Arzum Kərimova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Buğlama” və “Toy əhvalatı” seriallarındakı obrazları ilə tanınan aktrisa Arzum Kərimova gündəmin əsas mövzusuna münasibət bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Zelenskinin bundan öncə aktyor olmağı yerli aktyorlar arasında polemikaya səbəb olub.

Gənc aktrisa Arzumun münasibəti tam fərqli olub:
“Zelenski kloundursa, Putinə də faşist deyirlər.
Hansı daha pisdir? Klounluq – sənətdir, sənəti dəyişmək olar. Hətta prezident olmaq olar. Amma faşizm – xislətdir. Onu dəyişmək olmur. Aqibəti də Cəhənnəmdir” – deyə, o bildirib.

Aktyorun məmur olmağına münasibətiniz necədir, sualına isə yaşıl gözlü aktrisa belə deyib:

“Açığı, mənim peşəmdən olan bir insanın belə mühüm sınaqdan çıxması və onun öhdəsindən uğurla gəlməsi hər bir sənətkar üçün qürurvericidir”.

Özünün nə vaxtsa məmur olmaq istəyinə isə cavabına isə qətiyyətlə “yox” deyib:

“Mənim məmur olmaq kimi bir iddiam heç vaxt olmayıb. Gələcəkdə də inanmıram ki, olsun. Niyə? Çünki mən sənətimə bağlı və sənətimlə nəfəs alan biriyəm. Səhnə mənim həyatımdır. Siyasət isə mənə heç bir halda səhnədən və sənətdən aldığım zövqü yaşada bilməz”.