Mənşəyi bilinməyən yeni pnevmoniya: 6 yoluxma, 3 ölübackend

Mənşəyi bilinməyən yeni pnevmoniya: 6 yoluxma, 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada müəmmalı pnevmoniyadan ölənlərin sayı narahatlıq yaradıb.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin səhiyyə orqanları xəstəlikdən 3 nəfərin öldüyü, yoluxma aşkarlanan 6 nəfərin isə karantində olduğu bildirib.

Xəstələrdə ağır tənəffüs çətinliyi olan ikitərəfli pnevmoniya və “COVİD-19″a bənzər simptomların müşahidə edildiyi bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə öz bəyanatında təşvişə düşmək üçün hələ tez olduğunu və baş verənlərin yaxından izləndiyini qeyd edib.

//Gülnarə Abasova, Editor.az