Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) vəziyyət təhlükəli olaraq qalır.
Editor.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MƏQATE) ekspertləri məlumat verib.
Ukraynanın Energetika Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Energetika və Xarici İşlər nazirlikləri beynəlxalq təşkilatlarla birgə stansiyadakı vəziyyət barədə mütəmadi məlumatlandırma aparır.
Nazirliyin məlumatına görə, stansiyada işğalçı qüvvələrin hərəkətləri təkcə Ukraynanın deyil, bütün regionun nüvə və radiasiya təhlükəsizliyinə birbaşa təhdid yaradır.
//Samir Qurbanov, Editor.az

