Mərakeş Argentinanı məğlub edərək dünya çempionu oldubackend

Mərakeş Argentinanı məğlub edərək dünya çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə gənclər arasında (U-20) keçirilən dünya çempionatı başa çatıb.

Oxu.Az xəbər verir ki, Çilinin Santyaqo şəhərində keçirilən final oyununda Mərakeş yığması gözlənilmədən Argentinanı 2:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Şimali Afrika təmsilçisi tarixində ilk dəfə nüfuzlu yarışın qalibi adına sahib çıxıb.

Xatırladaq ki, bundan öncə keçirilən dünya çempionatında (2023) Uruqvay komandası qalib olmuşdu. Turnirin ən çox qalibi olan komanda isə Argentinadır (6 dəfə).