Mərakeş və İsrail  memorandum imzalayıbbackend

Mərakeş və İsrail  memorandum imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeş və İsrail elmi tədqiqat və texnologiya sahəsində anlaşma memorandumu imzalayıblar.

Editor.azHaberler.com” a istinadən xəbər verir ki, bu barədə məlumatı Mərakeşin Ali Təhsil, Elmi Tədqiqatlar və İnnovasiyalar Nazirliyi verib. Məlumatda bildirilib ki, bu memorandum hər iki ölkənin elminə və inkişafına töhfə verəcək.  Nazir Əbdüllətif Miravi və İsrailin İnnovasiya, Elm və Texnologiya naziri Orit Farkaş Hacohenlə Mərakeşin paytaxtı Rabatda görüşüblər.

“İmzalanan memorandum tələbələrin və tədqiqatçıların mobilliyini təşviq etməklə elmi tədqiqatlar və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Bu təşəbbüs müasir sənaye sahələri ilə yanaşı, yaşıl enerji, dayanıqlı kənd təsərrüfatı və səhiyyə sektoru kimi ümumi maraq kəsb edən sahələrdə elmi tədqiqatlar üçün birgə proqramlar hazırlamaq imkanıdır”,- deyə Miravi bildirib.

İsrail naziri Hacohen isə  iki nazirlik arasında imzalanan razılaşmanın Mərakeş ilə İsrail arasında 22 dekabr 2020-ci ildə imzalanmış “normallaşma sazişi” çərçivəsində olduğunu bildirib. Hacohen qeyd edib ki, bu saziş ikitərəfli əməkdaşlıq üçün perspektivli üfüqlər açır.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 10 dekabr 2020-ci ildə ölkəsinin Mərakeşin Qərbi Sahara regionu üzərindəki suverenliyini tanıdığını və regionun Dahla şəhərində ABŞ konsulluğunun açılacağını elan etmişdi. Həmin gün Rabat administrasiyası İsraillə 2000-ci ildə dayandırdığı diplomatik münasibətləri bərpa etmək qərarına gəlib. Mərakeş bu qərarla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Sudandan sonra İsraillə normallaşma razılaşması əldə edən dördüncü ərəb ölkəsi oldu.

//Nəzərbəy, Editor.az