Mərakeşdə meşə yanğınları tüğyan edirbackend

Mərakeşdə meşə yanğınları tüğyan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada tüğyan edən və meşə yanğınlarına səbəb olan istilər Şimali Afrikaya da ayaq açdı. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərakeşdə dörd fərqli yerdə meşə yanğını baş verib. Ölkənin Laraçe və Ouzzane bölgələrində 500-dən çox ailə təxliyyə edilib. Sözügedən bölgələrdə bir hektardan çox meşə külə dönüb. Hökumət tərəfindən verilən açıqlamaya görə, hələ ki yanğınlar zamanı ölən və yaralananlar yoxdur.

//Nəzərbəy Hacıağayev, Editor.az