Mərakeşdə Zəlzələ qurbanlarının sayı 2000-i keçdibackend

Mərakeşdə Zəlzələ qurbanlarının sayı 2000-i keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2681 nəfərə çatıb, daha 2501 nəfər isə xəsarət alıb.

Editor.az bildirir ki, bubarədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. İspaniya, Böyük Britaniya və Qətərdən olan axtarış qrupları yerli xilasedicilərə qoşulub.

“Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Mərakeşin tarixi hissəsində bir çox binalar dağılıb. 12-ci əsrdə tikilmiş Tinmel məscidinə ciddi ziyan dəyib. Xatırladaq ki, sentyabrın 9-na keçən gecə Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib.

Episentr Mərakeşdən 80 kilometr aralıda, 10 kilometr dərinlikdə yerləşib. Bundan sonra maqnitudası 3,3-4,8 arasında dəyişən bir neçə yeraltı təkanlar qeydə alınıb.

//Samir Qurbanov, Editor.az