Meral Akşenerlə bağlı ŞOK İDDİA – VİDEObackend

Meral Akşenerlə bağlı ŞOK İDDİA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə mart ayında keçiriləcək bələdiyyə seçkiləri öncəsi İYİ Partiya rəhbəri Meral Akşener barədə kulislərdə səs-küylü iddialar səslənir.

Akşener İdarə Heyəti toplantısında bütün şəhərlərdə müəyyənləşəcək namizədlər üçün partiya üzvlərindən tam səlahiyyət istəyib və seçkidə səslərin 11 faizə çatmadığı təqdirdə vəzifəsini tərk edəcəyini bildirib.

“Seçkidə qalib gəlsək, hamımız qazanırıq, uduzsaq, mən uduzacağam. Bu müddət ərzində namizədləri müəyyən etmək üçün sizdən bütün səlahiyyətləri istəyirəm. Seçkidə qalib gəlməsək, lazım olanı edib evimə qayıdacağam”, – o deyib.

Yayılan iddialarla bağlı partiyadan yazılı açıqlama verilib:

“Bu iddia real deyil və sədrimiz heç vaxt belə açıqlama verməyib”.

Musavat.com