Mərdəkan körpüsündə üç nəfərin ölümünə səbəb olan dəhşətli qəza: Adlar AÇIQLANDIbackend

Mərdəkan körpüsündə üç nəfərin ölümünə səbəb olan dəhşətli qəza: Adlar AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında zəncirvari, ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində üç nəfər həyatını itirib.

Qəzanın baş verməsinə səbəb “Hyundai Santafe” “Hyundai Matrix” və “Daewoo Gentra” markalı avtomobillərin toqquşması olub.

İlkin məlumata görə ölənlərdən biri “Hyundai Santafe” markalı avtomobilin sürücüsüdür.

Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə sorğu ünvanladıq.

İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqlədi:

“Bu gün saat 08:00-da Mərdəkan qəsəbəsi ərazisində üç nəfərin ölümü ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisənin baş verməsinə səbəb “Hyundai Matrix” markalı nəqliyyat vasitəsinin idarəetməni itirərək, əks hərəkət zolağına çıxıb və qarşıdan gələn “Hyundai Santafe” və “Daewoo Gentra” markalı nəqliyyat vasitələri ilə toqquşması olub.

Hadisə nəticəsində “Hyundai Matrix”in sürücüsü və sərnişini, eyni zamanda “Hyundai Santafe”nin sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə nəticəsində həyatını itirənlər “Hyundai Matrix”in sürücüsü Ayxan Rəsulov, sərnişini İftixar İskəndərov, “Hyundai Santafe”nin sürücüsü Fərid Hüseynovdur” – deyə T. Nəsirli qeyd edib.

Xəzər rayonu, Mərdəkan körpüsünün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən Şüvəlan qəsəbəsi istiqamətində sıxlıq yaranıb.