“Mərhələli şəkildə Böyük Qayıdışla bağlı bütün məsələlər həll olunacaq”-ŞƏRHbackend

“Mərhələli şəkildə Böyük Qayıdışla bağlı bütün məsələlər öz həllini tapacaq”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumi strateji fikirlər ondan ibarətdir ki, Böyük Qayıdışı təmin etmək üçün həmin ərazilərdə iqtisadi canlanmanı həyata keçirmək lazımdır”.

Bu sözləri Editor.az-a Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocalı rayonunun Şuşakənd kəndinə səfəri ilə bağlı danışarkən millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri həyata keçirilir, məktəblər, evlər, iş yerləri inşa edilir:

“Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə də Azərbaycanın digər bölgələrində olduğu kimi sosial layihələrin baş tutması üçün müvafiq işlər görülür. Bütün bunlar göstərir ki, biz tədricən məntiqli formada dövlət siyasətini həyata keçiririk. Mərhələli şəkildə Böyük Qayıdışla bağlı bütün məsələlər öz həllini tapacaq”.

//Səbinə Hüseynli, Editor.az