ABŞ-ın Nyu York şəhərindəki “Christie’s” hərrac evində amerikalı rəssam Endi Uorholun 1964-cü ildə çəkdiyi Hollivud ulduzu Merilin Monronun portreti hərraca çıxarılıb.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, “Shot Sage Blue Marilyn” adlı əsər vergilər də daxil olmaqla, 195 milyon dollara satılıb. Əsər XX əsrin ən bahalı sənət əsəri elan edilib. Satışdan əldə olunan vəsait isə Uşaq Xeyriyyə Fonduna veriləcək.
Qeyd edək ki, dünyanın ən bahalı sənət əsəri isə Leonardo da Vinçinin İsa Məsihi təsvir etdiyi “Xilaskar Mundi” əsəridir. Rəsm əsəri 2017-ci ildə 450 milyon dollara satılıb.
//Nəzərbəy, Editor.az

