Merkel Baydenlə xarici siyasət, pandemiya və ticarəti müzakirə edirbackend

Merkel Baydenlə xarici siyasət, pandemiya və ticarəti müzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Kansleri Angela Merkel və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon dnaışığı zamanı xarici siyasət, pandemiya və ticarəti müzakirə ediblər: “Tərəflər “xüsusilə Əfqanıstan və İranla əlaqəli xarici siyasət mövzularından danışıblar, ticarət və iqlim siyasətini müzakirə etdilər”.

A.Merkel C.Baydenin ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatında üzvlüyünün bərpası və iqlim üzrə Paris sazişinə qayıtması barədə qərarlarını alqışlayıb: “Kansler ABŞ prezidentini Almaniyaya səfər etməyə dəvət etdi”.